Vətən müharibəsi haqqında kitabların təqdimatı keçiriləcək

Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Şuşa İli”nə həsr olunmuş “Zəfərin Amili” və “Bu gün yeni bir səhər” kitablarının təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir 23 sentyabr saat 15:00-da Azərbaycan Yazıçılar Birliyində keçiriləcək.

“Zəfərin Amili” 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Amil Hüseynovun həyatını mərkəzə alaraq əslində, bütün şəhidlərin, müharibə iştirakçılarının və müharibə zamanında onları gözləyənlərin duyğularından, yaşantılarından bəhs edir. Şəhidin həyat yoldaşı Xalisə xanım 44 günlük Vətən müharibəsində yaşananların bir qadının həyatında nələri dəyişdiyini anladır.

“Bu gün yeni bir səhər” kitabı isə regionda yaşayan istedadlı gənclərdən olan Aygün Bayramlının şeirlərindən ibarət bir topludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.