Zaqatalada avtomobil aşıb, sürücü ölüb – FOTO – YENİLƏNİB

Zaqatalada baş verən yol qəzasında ağır xəsarət alan sürücü ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı ağır xəsarət alan 39 yaşlı Mustafa Süleymanov xəstəxanada keçinib.

***

13.07

Zaqatalada yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1983-cü il təvəllüdlü Mustafa Yusif oğlu Süleymanovun idarə etdiyi “Opel Zafira” markalı, 62 BL 339 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib, daha sonra bağa aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Mustafa Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.