Avtobusun aşması nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib – TƏBİB

Bakı. Trend:

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində
fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə
göndərilib.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının
Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Xatırladaq ki, Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol
qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı
kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni
istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı
“Chevrolete” markalı avtomobili ötmək istəyərkən toqquşub.
Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək
maşını aşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.