Azərbaycanda pensiya artımlarında vahid indeksasiya metodu tətbiq ediləcək

Bakı. Trend:

Azərbaycanda pensiya artımlarında vahid indeksasiya metodu
tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin 2022-ci ilin payız
sessiyasında ilk iclasında müzakirəyə çıxarılıb.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Əli
Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” Qanuna təklif
edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib.

O qeyd edib ki, dəyişiklik ölkədə aparılan sosial islahatların
davamı olaraq pensiya təminatı sistemində sosial sığorta
prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında
vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.