BMT baş katibi Türkiyəyə təşəkkür edib

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio
Quterreş Rusiya ilə Ukrayna arasında 200-dən çox hərbi əsir
mübadiləsində oynadığı rola görə Türkiyəyə təşəkkür edib.

Trend-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin
səfərbərlik qərarını “təhlükəli və narahatedici” adlandıran
A.Quterreş əlavə edib ki, bu addım sülhdən uzaqlaşdırır və daha çox
qan tökülməsinə səbəb olacaq.

“Ukrayna ilə Rusiya arasında 200-dən çox hərbi əsir mübadiləsi
müsbət haldır. Mən Türkiyə və Səudiyyə Ərəbistanı hökumətlərinə bu
razılaşmada oynadıqları rola görə təşəkkür edirəm”, – deyə
A.Quterreş bildirib.

BMT rəhbəri Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracına
toxunub: “Ukrayna ilə Rusiya arasında iyul ayında Türkiyənin
dəstəyi ilə imzalanmış taxıl sazişi sayəsində 4,3 milyon tondan çox
taxıl və ərzaq ixrac edilib. Taxıl və ərzaqla dolu gəmilər
Əfqanıstan, Afrika və Yəmən də daxil olmaqla 29 ölkəyə
göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.