DYP-nin mərkəzi informasiya sisteminin fəaliyyətində iştirak edən dövlət orqanlarının siyahısı müəyyənləşib

Bakı. Trend:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət
Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin fəaliyyətində
iştirak edən dövlət orqanlarının (qurumlarının) siyahısı
müəyyənləşib.

Trend-in məlumatına görə, həmin dövlət qurumları
aşağıdakılardır:

1. İqtisadiyyat Nazirliyi

2. Ədliyyə Nazirliyi

3. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

4. Dövlət Gömrük Komitəsi

5. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi

6. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

7. Bakı Nəqliyyat Agentliyi qismində Bakı Şəhər İcra
Hakimiyyəti, həmçinin digər yerli icra hakimiyyəti orqanları

8. Mərkəzi Bank

9. İcbari Sığorta Bürosu

10. Azərbaycan məhkəmələri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.