Gələn il sosialyönlü xərclər artırılacaq

Bakı. Trend:

Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və
sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial
rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət
mərkəzindədir.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il
üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il
üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunan geniş
iclasında bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə islahatların davam etdirilməsi,
inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial
dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət
büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox
nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.