Göyçay və Bakı Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarına start verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin Göyçay və Bakı Peşə Hazırlığı
Mərkəzində yeni peşə kurslarına start verilib.

Bakı Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslar “Tikiş
avadanlıqlarının operatoru, tikişçi”, “qeydiyyatçı” və “ofisiant”
peşələri üzrədir. 35 işsiz şəxsin cəlb olunduğu hazırlıq kursları
işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq
sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq. Qeyd edək
ki, “Tikiş avadanlıqlarının operatoru, tikişçi” kursu “Azərbaycan
Karlar Cəmiyyəti” İctimai Birliyinin 15 nəfər üzvü üçün təşkil
edilib.

Göyçay Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslar isə
“Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar”,
“bərbər-vizajist-manikürçü”, “intensiv bağçılıq üzrə işçi”,
“qənnadçı, şirniyyatçı”, “çörək ustası” və “proqramla idarə olunan
dəzgahların operatoru” sahələrini əhatə edir. Kurslara ümumilikdə
80 nəfər işsiz şəxs cəlb olunacaq.

Təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən
məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və işlə təmin
olunacaqlar.

Göyçay Peşə Hazırlığı Mərkəzində, həmçinin cari ilin avqust ayı
üçün İsmayıllı rayonunun Basqal qəsəbəsində “Basqal” istirahət
kompleksi ilə əməkdaşlıq çərçivəsində baş tutan peşə hazırlığı
kursu başa çatıb. Kurslar “aşpaz”, “qeydiyyatçı (Mehmanxanada)”,
“ofisiant” və “otel xadiməsi (təmizlik işləri üzrə)” sahələrini
əhatə edib və ümumilikdə 90 nəfər iştirak edib. Kursu bitirən
şəxslərdən artıq 40 nəfəri işlə təmin edilib. Digər müdavimlərin də
növbəti aylarda işlə təminatı həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.