Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi başa çatıb (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ)
keçirilən komanda-qərargah təlimi başa çatıb.

MN-dən Trend-ə verilən məlumata görə, təlimin planına uyğun
olaraq həyəcan siqnalı ilə limandan ayrılan gəmilər Xəzər dənizinin
Azərbaycana məxsus sektorunda lövbərə duraraq enerji
infrastrukturlarının mühafizəsini təşkil ediblər.

Döyüş atışlı təlimdə, həmçinin şərti düşmənin suüstü hücum
vasitələrinin, üzən mina və hava hədəflərinin, eləcə də
terror-diversiya qruplarının məhv edilməsi üzrə tapşırıqlar hərbi
dənizçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə
idarə olunması üzrə komandirlərin və qərargah zabitlərinin
bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə
qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.