İlin sonuna Bolqarıstanın qaza tələbatının 19%-i Azərbaycan hesabına ödəniləcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Bolqarıstanın energetika naziri Rosen Xristov Rumıniyada ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə ediblər.

“APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz “Twitter” hesabında paylaşım edib.

“Rumıniyada Bolqarıstanın energetika naziri Rosen Xristov ilə ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə etdik. İlin sonuna Bolqarıstanın qaza tələbatının 19%-i Azərbaycan hesabına ödəniləcək”, – paylaşımda qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.