“James-Webb” teleksopu Neptunun halqalarının fotosunu çəkib

“James-Webb” kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb.

APA xəbər verir ki, fotonu NASA yayıb.

Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmik gəmisi çəkmişdi. Bu dəfə isə fotolar daha yüksək keyfiyyətldədir. Fotoları təhlil edərək Neptunun atmosferində metan qazının olduğu sübuta yetirilib.

Teleskop həmçinin planetin məlum olan 14 peykinin də fotolarını çəkə bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.