MÜSİAD Azərbaycan olaraq Azərbaycanın ərazi bütövlüyünə güclü dəstəyimizi ifadə edirik – Rəşad Cabirli

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri sentyabrın 12-də gecə saatlarından
başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən,
Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı və davamlı
təxribat törətməsi ilə dünya ictimaiyyətinin gözü qarşısında
revanşist niyyətlərindən əl çəkmədiyini bir daha nümayiş
etdirdi.

Bu fikirləri Trend-ə açıqlamasında MÜSİAD Azərbaycanın rəhbəri
Rəşad Cabirli bildirib.

O qeyd edib ki, qüdrətli Azərbaycan ordusu sentyabrın 13-də
erməni təxribatına layiqli cavab verdi, düşməni yerinə
otuzdurdu.

“Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında bəyan
edir ki, mən nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilirəm. Məhz
ölkə başçısının qətiyyətli mövqeyi və siyasi qələbəsi bütün dünyaya
bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini təhdid edən
istənilən addıma anında cavab verməyə hazırdır.

Təcavüzkar Ermənistanın növbəti hərbi-hücum təxribatı bölgədə
uzunmüddətli sülh və sabitliyin yaradılması istiqamətində yaranmış
fürsətlərin əldən verilməsinə və yaxud prosesin gecikməsinə öz
mənfi təsirini göstərən arzuolunmaz vəziyyətdir.

MÜSİAD Azərbaycan olaraq Azərbaycanın ərazi bütövlüyünə və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü
dəstəyimizi ifadə edirik. Xalqmıza və şəhid ailələrinə başsağlığı
verir, Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa diləyirik”, – deyə
R.Cabirli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.