Naxçıvanda ÜDM-in həcmi 2,4% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1,93 mlrd. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə hər bir nəfərə düşən ÜDM-in həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 4182,5 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-avqust aylarında 797,85 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.