Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdi ilə bağlı çağırış edib

Bakı. Ternd:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin
Kəlbəcərdə növbəti təxribat cəhdinin pislənilməsinə dair çağırış
edib.

Ombudsman Aparatından Trend-ə daxil olan məlumatda deyilir:

“22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri
Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq
Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuş, habelə diversiya
qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla
basqına cəhd göstərilib.

Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı
çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq
hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir.

Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan
hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli
tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti
şəkildə qınamağa çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.