Qəbələdə evdə yanğın olub

Bakı. Trend:

Qəbələ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qəbələ rayonunun
Zarağan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və
eyvandan ibarət evin çardağının yanar konstruksiyaları yanıb. Evin
qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.