Şəmkirdə sərxoş kişi özünü yandırıb

Şəmkir sakini yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

35 yaşlı Samir Mehdiyev bədənin bir çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 35 yaşlı.S.Mehdiyev həmin vaxtı sərxoş olub. O, üzərinə benzin tökərək özünü yandırıb. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.