Şabranda baş verən yol qəzası nəticəsində 14 nəfər xəstəxanaya yerləşdirilib – TƏBİB

Bakı. Trend:

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində
xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran
Rayon Mərkəzi Xəstəxanasında aparılır.

TƏBİB-dən Trend-ə
verilən məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslərin
diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa
sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində
olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin
Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin
vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki
Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər
xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.