Ukrayna 215 hərbi əsiri dəyişib

Ukrayna ilə Rusiya arasında indiyədək ən böyük əsir mübadiləsi həyata keçirilib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

Azad edilənlər arasında Azovstalın müdafiəçiləri, hamilə hərbçi qadınlar, 5 nəfər Ukrayna qəhrəmanı, mülki şəxslər, həmçinin əcnəbilər var.

Bunun müqabilində həbsdə olan “Müxalifət Platforması – Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Medvedçukla yanaşı əsirlikdə olan 55 rus əsgəri də komandanlıqlarına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.