Ukrayna Efiopiya və Somaliyə yardım kimi 50 min ton buğda göndərir

Ukrayna Efiopiya və Somaliyə humanitar yardım göndərir.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Afrika ölkələrinin əhalisinin üzləşdiyi ərzaq təhlükəsizliyi çağırışlarına cavab olaraq, Prezident Vladimir Zelenskinin təşəbbüsü ilə Ukrayna Efiopiya Federativ Demokratik Respublikası və Somali Federal Respublikası hökumətlərinə ölkələrində humanitar vəziyyəti yaxşılaşdırmaq istiqamətində dəstəkləmək üçün humanitar yardım kimi 50 min ton buğda göndərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.