Ukraynadan ərzaq daşıyan gəmilər İsrail və Türkiyəyə çatıb

Bakı. Trend:

Ukraynadan 65 min ton qarğıdalı daşıyan “Yasa Team” gəmisi
İsrailin Hayfa şəhərinə çatıb.

Trend-in
məlumatına görə, bu barədə “Marine Traffiс” servisindən
bildirilib.

Məlumata görə, “Yasa Team” gəmisi İsrail limanından təxminən
dörd dəniz milində lövbər salıb. Bundan əlavə, 5,5 min ton buğda
daşıyan “T-Med” gəmisi Türkiyənin Samsun şəhərinə gəlib. 27 min ton
buğda daşıyan “Glory Dina” quru yükdaşıyıcısı da Türkiyədə təyinat
yerinə çatdı, gəmi İskəndərun limanı yaxınlığında lövbər salıb.

Bundan əlavə, 6,3 min ton günəbaxan yağı daşıyan “Ata Ocean”
gəmisi Türkiyə sahillərinə çatıb və Dörtyol şəhərindən təxminən iki
dəniz mili aralıda lövbər salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.