XİN: Estoniya səfərbərlikdən yayınan ruslara sığınacaq verməyəcək

Estoniya səfərbərlik elanından sonra ölkədən çıxmaq istəyən ruslara sığınacaq verməyəcək.

APA-nın xəbərinə görə, bunu CNN-ə müsahibədə Estoniyanın xarici işlər naziri Kaya Kallas bildirib.

Oxşar addımı Finlandiya da atıb. Ötən gün səfərbərlik elan olunduqdan sonra yüzlərlə adam viza üçün ölkənin Moskvadakı səfirliyinə müraciət edib.

Səfirlikdən bildirilib ki, geri qayıdacağını təsdiqləməyən şəxslərə heç bir halda Şengen vizası verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.