Yunus Oğuzun “Cığır”ı Azərbaycanı gəzməyə davam edir (FOTO)

Bakı. Trend:

Sentyabrın 22-si Gəncə şəhərində tarixi romanlar yazarı,
publisist Yunus Oğuzun şəhid ailələri və qazilərlə görüşü
keçirilib.

Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən
müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi
yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət
paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın –
“Cığır”ın da müzakirə olunduğu tədbirdə Gəncə Regional Mədəniyyət
İdarəsinin rəisi Vasif Cənnətov, AYB Gəncə bölməsinin sədri
Xəzangül Hüseynova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə
Sadıqova, AMEA Gəncə bölməsinin diyarşünaslıq institutunun tarix
şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, AMEA-nın Gəncə
bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Azər İbrahimov, Vətən
müharibəsi qəhrəmanı 1991-ci il təvəllüdlü şəhid Seyidzadə
Mirhüseynin atası Miryunis Seyidzadə və İkinci Qarabağ Müharibəsi
qəhrəmanlarından ehtiyatda olan kapitan, qazi Mətin Abdinov və bir
sıra qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı Gülnar Rzayeva Yunus Oğuzun həyat və
yaradıcılığı haqqında tədbir iştirakçılarına, şəhid ailələri və
qazilərə məlumat verdikdən sonra qonaqlar “Cığır” romanı haqqında
fikirlərini səsləndiriblər.

Tədbirin sonunda şəhid ailələri və qazilərə “Cığır” romanı
hədiyyə edilib və xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.