Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür – FOTO

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina sökülür.

APA xəbər verir ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Artıq bina sakinlərinə müvafiq kompensasiya ödənilməsi prosesi başa çatdığından binanın sökülməsi prosesinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.