352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

Bakı. Trend:

Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir
4-cü nəsil protezlə təminatı həyata keçirilib.

Trend-in məlumatına görə,
bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yerli
mediaya müsahibəsində bildirib.

Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş
qəhrəmanlarımızdır.

Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə
edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir
edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə
verilib.

S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir
standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.