ABŞ-ın Ermənistandakı səfirliyinin verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur – XİN

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu
ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi
birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf
doğurur.

ABŞ səfirliyini bu kimi həssass məsələlərdə məsuliyyətli mövqe
nümayiş etdirməyə, Ermənisanın xeyrinə olan birtərəfli
bəyanatlardan çəkinməyə çağırırıq.

Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli
aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və
separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə
gərginliyin artmasına səbəb olur.

Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında
normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və
qərəzsizliyinə kölgə salır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.