Aİ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır – Borrel

Bakı. Trend:

Avropa İttifaqı, fiziki şəxslərə məhdudiyyətlər və əməkdaşlığın
texnoloji hissəsinə yönəlmiş iqtisadi tədbirlər daxil olmaqla,
Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Trend-in məlumatına görə, Avropa İttifaqının xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel BMT
Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər toplantısından sonra
jurnalistlərə bildirib.

“[Avropa İttifaqı] Şurası ayrı-ayrı şəxslərə qarşı yeni
sanksiyalar paketini araşdırır, indi onların adını çəkə bilmərəm,
həmçinin Rusiya ilə münasibətlərimizin texnoloji hissəsinə yönəlmiş
iqtisadi sanksiyaların tətbiqini araşdırır,” – deyə o qeyd
edib.

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.