ATƏT üçlüyü və təşkilatın baş katibi Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

ATƏT üçlüyü və təşkilatın baş katibi Cənubi Qafqazdakı vəziyyəti
müzakirə ediblər

Trend bu barədə ATƏT-ə istinadən xəbər verir.

Qeyd olunur ki, BMT Baş Assambleyasının 77-ci sessiyası
çərçivəsində ATƏT üçlüyünü təmsil edən ATƏT-in fəaliyyətdə olan
sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici
işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri
Bujar Osmani və təşkilatın baş katibi Helqa Mariya Şmid arasında
görüş keçirilib.

Görüş zamanı tərəflər ATƏT regionunda müharibələrin
nəticələrinə, o cümlədən təkcə yaxın ərazidə deyil, Mərkəzi Asiya,
Cənub-Şərqi Avropa və onun hüdudlarından kənarda yaranan iqtisadi,
ekoloji və humanitar problemlərə toxunublar. Tərəflər
ayrı-ayrılıqda Cənubi Qafqazdakı vəziyyətə toxunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.