Avrora Qrup I Voleybol Çempionatı başa çatıb (FOTO)

Bakı. Trend:

Avrora Qrup “Birlik və bağlılıq” dəyərindən yola çıxaraq,
əməkdaşlarının vaxtının səmərəli keçirilməsi və birliyin daha da
möhkəmləndirilməsi üçün voleybol çempionatı təşkil edib. Şirkət
Azərbaycanda voleybolun inkişafı, təbliğ olunması, həm də öz
əməkdaşlarının birliyinin, bağlılığının, sağlamlığının və
vaxtlarının səmərəli keçirməsi üçün bu kimi aktivliklərin təşkilinə
önəm verir. Çempionatın devizi “Sağlam bədəndə Sağlam ruh olar.
Sağlam ruhlu insanlar sağlam komandalar formalaşdırır” olaraq
seçilib.

Üç ay müddətində davam edən çempionata 8 direktorluq üzrə 16
komanda qatılıb. Məlumat üçün bildirək ki, qrup oyunları Ramada
otelin ərzisində keçirilib.

I Avrora Voleybol Çempionatının final mərhələsi gərgin, amma bir
o qədər də maraqlı və yaddaqalan oyunlarla yekunlaşıb. Belə ki, Su
İdman Sarayında keçirilən final oyunlarında “Key Account” və “Bizon
Exclusive” birincilik uğrunda gərgin mübarizə aparıb. Maraqlı keçən
oyunda “Bizon Exclusive” komandası 3-0 hesabı ilə qalibiyyəti
rəsmiləşdirib. Üçüncülük uğrunda növbəti maraqlı oyun isə
“İnzibati” və “Logistika” voleybol komandası arasında baş tutub.
Qarşılaşma 3-0 hesabı ilə “Logistika” komandasının qalibiyyəti ilə
yekunlaşıb.

Qeyd edək ki, qalib komandalara pul mükafatları, medal və
kuboklar təqdim edilib. Ümumilikdə çempionatın büdcəsi 40 000 manat
təşkil edib.

Video link: https://youtu.be/6QGv4LjMKvs

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.