Azərbaycan millisi səfərdə Slovakiya yığmasını məğlub edib

Bakı. Trend:

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti
qələbəsini qazanıb.

Trend-in
məlumatına görə, millimiz C Liqasının birinci qrupunda Slovakiya
yığmasının qonağı olub.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılan
matçda Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb.

Şotlandiyalı baş hakim Uilyam Kollamın idarə etdiyi matçda
millimizin heyətində Renat Dadaşov və Höccət Haqverdi fərqləniblər.
Rəqib komandanın heyətində isə qolu qapımıza təyin olunan penalti
zərbəsini dəqiq yerinə yetirən Erik Yirka vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.