“Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” panel sessiyalarla davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan və Türkiyənin səhiyyə nazirliklərinin təşkilati
dəstəyi ilə Bakıda ikigünlük “Azərbaycan-Türkiyə səhiyyə biznes
forumu və sərgisi” keçirilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, müştərək
reallaşan səhiyyə biznes forumunun ikinci günündə Azərbaycan
səhiyyə nazirinin müavini Nadir Zeynalovun moderatorluğu ilə
“Səhiyyədə tədqiqat və inkişaf, peyvənd tədqiqatlarında əməkdaşlıq”
mövzusunda panel sessiya keçirilib. Nadir Zeynalov tədqiqat və
inkişaf etdirmə (Research&Development) barədə məlumat verərək,
bu işlərin peyvəndlərin hazırlanması prosesində mühüm rol
oynadığını vurğulayıb. Əksər texnoloji şirkətlərin bazarda rəqabət
qabiliyyətini saxlamaq məqsədilə yeni məhsulların ortaya
çıxarılması, mövcud məhsulların yaxşılaşdırılması üçün tədqiqat və
inkişafa dayanıqlı sərmayəyə yönləndirilməsini bildirib. Tibb
sahəsində bunun əsasən əczaçılıq sektorunda tətbiq edilməsi, hər il
yeni dərman formulalarının dünya bazarına çıxarılması qeyd
olunub.

Panel sessiyalarda Türkiyə Səhiyyə İnstitutunun (TUSEB)
direktoru Erhan Akdoğanın, TUSEB-in Peyvənd İnstitutunun direktoru
Ateş Karanın, Azərbaycan Tibbi Profilaktika İnstitutunun direktoru
Adil Allahverdiyevin və digərlərinin məruzələri dinlənilib,
məruzələr ətrafında geniş müzakirələr aparılıb. Sonra mövzu ilə
bağlı suallar verilib, müzakirə aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.