Azərbaycan və İsveçrədə diplomatların ailə üzvlərinin qarşılıqlı işləmək qaydası müəyyənləşir

Bakı. Trend:

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası
arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi
nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı
ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin
təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend xəbər verir ki, sənədə əsasən, razılığa gələn tərəflərdən
birinin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin digər
razılığa gələn tərəfdə və ya razılığa gələn tərəfin ərazisində
təsis edilmiş beynəlxalq təşkilatda rəsmi akkreditə olunmuş
üzvlərini müşayiət edən şəxslərə, bu sazişə əsasən, qəbul edilən
dövlətdə və müşayiət etdikləri şəxslər eyni evdı yaşadıqları
təqdirdə, qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə veriləcək. Qəbul edən
dövlətin müəyyən haqqı ödənilən əmək fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı milli qanunvericiliyi qorunub saxlanılır.

Müşayiət edən şəxslər dedikdə aşağıdakılar nəzərdə tutulur:

– diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin
üzvünün xüsusi yaşama ərizəsinə malik nigahda olduğu həyat
yoldaşı;

– diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin
üzvünün qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq
xüsusi yaşama icazəsi olan 25 yaşına çatmamış subay uşaqları, həmin
uşaqlar 21 yaşına çatmamış diplomatik nümayəndəliklərin,
konsulluqların və ya daimi nümayəndəliklərin üzvünün rəsmi
səlahiyyətli müşayiət edən şəxs qismində qəbul edən dövlətə daxil
olduqda və ya

– diplomatik nümayəndəliyin, konsulluğun və ya daimi nümayəndəliyin
üzvünü müşayiət edən, qəbul edən dövlətin milli qanunvericiliyinə
uyğun olaraq xüsusi yaşama icazəsi olan hər hansı şəxsə qəbul edən
dövlət özünün qüvvədə olan daxili qaydalarına əsasən, haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilə bilər.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.