Azərbaycana payız gəldi

Bakı. Trend:

Azərbaycana payız fəsli qədəm qoydu.

Trend-in
məlumatına görə, bu barədə N.Tusi adına Şamaxı Astrofizika
Rəsədxanasından bildirilib.

Məlumata əsasən, payız fəsli Azərbaycana sentyabrın 23-də Bakı
vaxtı ilə saat 05:03-də daxil olub. Payız gecə-gündüz bərabərliyi
ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayıb. Günəş
ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub
yarımkürəsinə keçib.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək
davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz
edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük
bucaq əmələ gətirəcək. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2)
olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün
uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat
42 dəqiqə 38 saniyə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.