Azərbaycanda mövsümi vergilər tətbiq edilə bilər

Bakı. Trend:

Azərbaycanda mövsümi vergilərin tətbiq edilməsinə baxılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini
Samirə Musayeva deyib.

O qeyd edib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı
güzəştlərin edilməsi məsələsinə baxılır.

S.Musayeva bildirib ki, bununla bağlı məsələ sosial-iqtisadi
inkişaf strategiyası çərçivəsində də baxılır. “Bu məsələdə
sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümu vergilərin
tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”, – deyə o
əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.