Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq ediləcək

Bakı. Trend:

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş
təsdiq ediləcək.

Trend-in məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən
iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti
Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə
çıxarılıb.

Deputatlar yeni sazişin iki ölkə arasında münasibətlərin
inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra sənəd plenar iclasa tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.