Azərbaycanla Özbəkistan arasında daha bir saziş parlamentin plenar iclasına tövsiyə olunub

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında sənaye mülkiyyətinin mühafizəsi
sahəsində əməkdaşlıqla bağlı Saziş təsdiq ediləcək.

Trend xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında
müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası
Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində
əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun
layihəsində əksini tapıb.

Preambula və 14 maddədən ibarət olan Saziş, 2022-ci il iyunun
21-də Daşkənd şəhərindəb imzalanıb. Müzakirə edilən qanun
layihəsində Sazişin müddəalarına uyğun olaraq tərəflər sənaye
mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi
ilə bağlı məsələlərin tənzimlənməsi, bu sahə üzrə qarşılıqlı
fəaliyyət, sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya və
təcrübə mübadiləsi və digər sahələr üzrə əməkdaşlıq edəcəklər.

Sazişin müddəalarına uyğun olaraq tərəflər sənaye mülkiyyəti
obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə bağlı
məsələlərin tənzimlənməsi, bu sahə üzrə qarşılıqlı fəaliyyət,
sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya və təcrübə
mübadiləsi və digər sahələr üzrə əməkdaşlıq edəcəklər. Tərəflər
Sazişin 6-cı maddəsinə uyğun olaraq Tərəf dövlətin ərazisində
sənaye mülkiyyətinə aid olan patent fondlarından, kitabxanalardan
şərtlər daxilində istifadə edə biləcəklər. Sazişin həyata
keçirilməsi üçün səlahiyyətli orqanlar qismində Azərbaycan
Respublikasında Əqli Mülkiyyət Agentliyi, Özbəkistan
Respublikasında isə Ədliyyə Nazirliyi çıxış edəcək. Tərəflər
həmçinin Sazişə dəyişikliklər və əlavələr edilmesini protokollar
esasında hayata keçirməyi də öhdələrinə götürürlər. Sazişin digər
maddələri isə qeyd olunan məqsədlərdən irəli gələn digər məsələləri
tənzimləyir. Saziş 5 il müddətinə bağlanmışdır və tərəflərdən biri
müvafiq dövrün bitməsinə 6 ay qalmış müraciət etməzsə, o növbəti 5
il müddətinə uzadılır. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında
sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında
1997-ci il 18 iyun tarixdə Daşkənd şəhərində imzalanmış Saziş
qüvvədən düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.