“Bakcell” xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verib

Bakı. Trend:

Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranmış
texniki nasazlıq nəticəsində “Bakcell” xidmətlərindən istifadə
etmək mümkün olmayıb.

“Bakcell” şirkəti bildirir ki, hazırda şəbəkənin
təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi
istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr
həyata keçirilir:

“21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində
yaranmış fasilə “Nokia” ilə birlikdə aparılan genişmiqyaslı
modernizasiya işləri ilə bağlı olub.

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək
komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki
nasazlıq tam aradan qaldırılıb.

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə
abunəçilərimizdən üzr istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.