Bakıda 138 avtobusun hərəkət intervalında gecikmələr var

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu səhər pik saatlarına olan
məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan
nəqliyyat sıxlıqları səbəbindən 47 müntəzəm marşrut xətti üzrə 138
avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, gecikmələr
əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:

1. Bakı-Sumqayıt şossesi – Moskva prospekti – Tbilisi prospekti
şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67,
83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə
müşahidə olunur.

2. Həsən bəy Zərdabi küçəsi – 20 Yanvar dairəsi istiqamətində
7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə
müşahidə olunur

3. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə 6, 13, 61
və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 13-14 dəqiqə gecikmə müşahidə olunur.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə
kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk
prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər
olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni
zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə
16-20 dəqiqə gecikmə müşahidə olunur

5. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və
M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 18-24 dəqiqə gecikmə müşahidə olunur.

6. Xocalı pr – Yusif Səfərov küçəsi – Heydər Əliyev pr
istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqəyə
gecikmə müşahidə olunur.

7. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti
istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 17-23 dəqiqə
gecikmə müşahidə olunur.

8. Binəqədi şossesi – şəhər istiqamətdə 71, 79, 133, 165, 179 və
202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

9. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217
və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

10. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç,
Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125,
127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda
18-22 dəqiqə gecikmə müşahidə olunur

11. Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçələri
Azneft dairəsi istiqamətində 6, 10, 53, 65, 205 nömrəli müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə
gecikmə müşahidə olunur.

12. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu
səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqəyə gecikmə
müşahidə olunur.

13. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində
sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11,
199 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 7-8 dəqiqəyə gecikmə müşahidə olunur.

14. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində
2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki
avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə
olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.