Bakıda dəhşətli qəza – Akademiyanın tələbəsi və əməkdaşı öldü

Bakı. Trend:

Bu gün Zabrat-Maştağa yolunda dəhşətli qəza baş verib. Yük
avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini
vuraraq öldürüb.

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş
inspektoru polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, Firdovsi Eyvazovun idarə etdiyi “KamAZ”
markalı yük avtomobili hərəkətdə olan zamanda yolu keçmək istəyən
Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini və şəxsiyyəti
hələki müəyyən edilməyən qadını vurub.

Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində vəfat
ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən qadın Dövlət Gömrük Akademiyasının
işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs
tələbəsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.