Bakıda NATO kursu keçiriləcək (FOTO)

Bakı. Trend:

Ölkəmizdə keçiriləcək NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası
(ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training
Course) beynəlxalq təlimatçıları Bakıya gəlib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, hazırlıq
mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar
kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir.

Kursun keçirilməsində əsas məqsəd NATO qərargahlarında və
tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara
ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat
bazasının tətbiqinin öyrədilməsidir.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfə keçiriləcək kurs sentyabrın
26-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.