Bakıda orta məktəblərin qarşısında narkotik satan qadına hökm oxundu

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda orta məktəblərin
qarşısında narkotik vasitələrin satışı ilə məşğul olmaqda ittiham
olunan Göyçək Əliməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa
çatlb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin
hökmü ilə Göyçək Əliməmmədova 6 il müddətinə azadlıqdan məhrum
edilib

Qeyd edək ki, Göyçək Əliməmmədova ötən ilin noyabrın 27-də həbs
olunub. Onun paytaxtın müxtəlif yerlərində, həmçinin bəzi orta
məktəblərin yaxınlığında yetkinlik yaşına çatmayan şəxslərə
narkotik vasitə satmaqda şübhəli bilinib.

İstintaq orqanı tərəfindən Göyçək Əliməmmədovanın barəsində
Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq
narkotik vasitələri, psixotrop maddələri və ya onların
prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama,
daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda
qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya
onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə,
saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.