Bir neçə beynəlxalq sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. Trend:

Milli Məclisdə bir neçə beynəlxalq sənədin təsdiq edilməsi
müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, parlamentin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcən iclasının
gündəliyinə “Mülki və ya ticarət işləri üzrə məhkəmə və
qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında”
Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi, “Uşaqlara görə alimentin tutulması və ailənin
saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında”
Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə İslam
Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında
İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi,
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası
arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi
nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı
ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin
təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
daxil edilib.

Sənədlər müzakirələrdən sonra Milli Məclisin plenar iclasına
tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.