“Buta Airways”in Bakı-Batumi təyyarəsi Tbilisiyə eniş edib

Bakı. Trend:

“Buta Airways” aviaşirkətinin Bakı-Batumi J2-9227 reysini yerinə
yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş
etmək qərarına gəlib.

“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buna
səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin
olmasıdır.

“Embraer 190” təyyarəsi saat 09:40-da Tbilisi hava limanında
eniş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.