Ceyhun Bayramov bir neçə ölkənin xarici işlər nazirləri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş
Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində
iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının
xarici işlər və xaricdə yaşayan milli icma naziri Ramtan Lamamra,
Venesuelanın xalqın xarici gücü naziri Karloq Faria Tortosa,
Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə
yaşayan mərakeşlilər naziri Nasser Burita, habelə İordaniya Haşimi
Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Ayman
Safadi ilə görüşlər keçirib.

XİN-dən Trend-ə bildirilib ki, görüşlər zamanı tərəflər arasında
Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və əməkdaşlıq, ikitərəfli
münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Nazir Ceyhun Bayramov bu ölkələr tərəfindən beynəlxalq
platformalarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə,
eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə
ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını
bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını
məlumatlandırıb. Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı
çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da
genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.

Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə
ölkəmiz tərəfindən görülən işlər, sülh prosesinin irəlilədilməsi
üçün irəli sürdüyü təşəbbüslər və təkliflər barədə həmkarlarını
məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının
sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi
daşıdığı vurğulanıb.

Tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif
aspektlərinin, xüsusilə də energetika, turizm, ticarət və s.
istiqamətlərdə daha da dərinləşdirilməsi, siyasi məsləhətləşmələrin
keçirilməsinin və parlamentlərarası təmasların artırılmasının vacib
olduğunu qeyd ediblər.

Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər
müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.