Ceyhun Bayramov İƏT dövlətlərinin illik əlaqələndirmə görüşündə iştirak edib

Bakı. Trend:

22 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər
naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci
sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik
Əlaqələndirmə görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Pakistanın sədrliyi ilə
keçirilmiş görüşdə nazir Ceyhun Bayramov çıxış edib.

Çıxış zamanı, Azərbaycan Respublikasının İslam həmrəyliyinə
sadiqliyi, insanlığın inkişafı və rifahı naminə əbədi islami
dəyərlər olan sülh, tolerantlıq, birlik, harmoniya və ədalət
istiqamətində çalışdığı vurğulanıb.

İƏT-in müsəlman dünyasında əsas çoxtərəfli təşkilat kimi
beynəlxalq və təhlükəsizliyin qorunmasında əsas aktorlardan biri
olmasından məmnunluq bildirilib. Müsəlman dünyasının bir çox
yerlərində artan qeyri-sabitlik və toqquşmalardan ölkəmizin
narahatlığı diqqətə çatdırılıb.

Ölkəmizin multikulturalizm və dinlərarası dialoqa verdiyi
töhfələr barədə məlumat verilib, bu xüsusda 2008-ci ildən fəaliyyət
göstərən Bakı Prosesinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan ərazilərinin
işğalı və post-münaqişə dövründə İƏT-in ölkəmizə göstərdiyi geniş
və davamlı dəstəyə görə təşəkkür edib. Azərbaycan bölgədə sülh və
sabitliyin təmin edilməsi istiqamətində addımları barədə məlumat
verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.