Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb

Bakı. Trend:

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci
sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in
fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər
naziri Zbiqnev Rau ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər ATƏT
çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq
təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları,
bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir
mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.