Ceyhun Bayramov Venesuela xarici işlər naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək
səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının
xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria
Tortosa ilə görüşüb.

Trend-in
məlumatına görə, bu barədə Ceyhun Bayramov öz “Twiiter” hesabında
yazıb.

Görüşdə Azərbaycan-Venesuela münasibətləri və onların
perspektivlərini, çərçivəsində əməkdaşlığı müzakirə edilib.

Xarici işlər nazirlərinin görüşündə həmçinin Qoşulmama Hərəkatı
və digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional
və beynəlxalq məsələlər diqqət mərkəzində olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.