Daha 6 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr
tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri
genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum
əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi
qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasından Trend-ə bildirilib ki, Azərbaycan
Respublikası 23 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Qızıl Xaç
Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin
meyitini Ermənistan tərəfinə təhvil vermişdir. Meyitlərə Azərbaycan
Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilmiş
və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması
müəyyən edilməmişdir.

Cəsədlərin ərazidə axtarışı davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.