Elnur Rzayev Moruqoba kəndinin problemləri ilə yerində tanış olub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ləcət
İnzibati Ərazi Dairəsinə daxil olan Moruqoba kəndində olub.
Sakinlərlə görüşən icra başçısı kəndin mövcud problemləri ilə
maraqlanıb. Rayon mərkəzindən xeyli aralıda, Qusar rayonu ilə
həmsərhəd olan Moruqoba kəndində əhalinin əsas çətinliyi elektrik,
qaz və yol təsərrüfatına aiddir.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib.

Elnur Rzayev kənd sakinləri səmimi söhbət zamanı qeyd edib ki,
hazırda Maqsudkənd kəndinin qazlaşdırılması istiqamətində iş
aparılır. Bu ilin geridə qalan dövrü ərzində Armudpadar, Əhmədoba
və Həsənqala kəndlərində elektrik təsərrüfatı müasir formada
yenidən qurulub. Daha 9 kənddə işıq dirəklərinin, elektrik
naqillərinin və güc transformatorlarının yenilənməsi istiqamətində
iş aparılır. Gələcəkdə bu və ya digər lahiyələr Moruqoba kəndində
də reallaşacaq.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.