Erməni hərbi birləşmələri tərəfindən basdırılmış tələ-mina aşkar edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş
ərazilərimizin minalardan təmizlənməsi istiqamətində
fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni
hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində
basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э
minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən
aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik
qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.