Ermənilər Fransadakı Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıblar (VİDEO)

Bakı. Trend:

“Nor Seround” radikal erməni qrupu Fransadakı Azərbaycan
səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

Trend xəbər verir ki, məqsəd UNESCO yanında Azərbaycan Milli
Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında
Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan
tarixi və mədəni irsinin dağıdılmasına həsr edilmiş konfransın
keçirilməsinə mane olmaq idi.

Ermənilər mədəniyyət mərkəzinin binasına rəngli boyalar atıblar,
polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən
uzaqlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.